"Mən ümummilli maraqlar haqqında, birlləşmədən və ümummüxalifət formalaşması ideyasından danışarkən, əks tərəfdən elə bir reaksiya görürəm ki, məcbur olub, özümü təhqir olunmuş hesab edirəm. Mənim fikrim belə olub. Yəni jurnalist nə yazıb, onu deyə bilmərəm". Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat rəsmilərinin ona qarşı kəskin ittihamlarla çıxış etmələrinə münasibətini bildirərkən deyib.
ADP sədri eyni zamanda iddia edib ki, əslində, Müsavat təmsilçiləri də özlərini naza qoymaqla məşğludurlar: "Ancaq bütün mənalarda mən də sual edirəm ki, ideyalarımı irəli sürərkən, Sərdar Cəlaloğlu bir fikir söyləyən kimi, əks tərəf nəyə görə özünü naza qoymalıdır? Niyə mənə qarşı hər hansı şərt qoyulmalıdır ki, filankəslər birləşsin, filankəslər ayrılsın, bu cür danış, bu cür otur və s. Çünki bunlar hər zaman öz fərdi maraqlarını güdüblər. Dediyim də budur ki, nə zaman müxalifətdə milli maraqlar məsələsi, birləşmək ideyası ortaya çıxdıqda, hər bir tərəf çalışır ki, öz fərdi maraqlarını özünə yararlı şəkildə maksimum istifadə etsin. Bu da müxdalifətin formalaşmasına, ölkədə normal dialoqun qurulmasına və bu kimi digər məsələlərə imkan vermir".
Sərdar Cəlaloğlu müsavatçıları söylədikləri fikirlərinə görə öz vicdanlarına buraxır: "Onlar elə bilirlər ki, mən qarşı tərəfi namussuz hesab etdiyim üçün onlarla bir yerdə oturmağı özümə təhqir hesab edirəm. Ancaq bu, belə deyil. Yenə təkrar edirəm ki, mən birləşmə təklifi irəli sürərkən, onların əks reaksiya vermələri məni bu cümlələri işlətməyə vadar edir. Müsavat rəsmilərinin "təhqir olunmuş şəxsin təhqir olunmağa nə gərəyi var" iddialarına gəlincə, düz deyirlər. Yəni mənim fikirlərimi təsdiq edirlər. Mənim normal təkliflərim qəbul olunmursa, özümü təhqi olunmuş hesab edirəm. Qalan dediklərini isə öz vicdanlarına buraxıram".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB