Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans bu gün öz işinə yekun vurub. SİA-nın məlumatına görə, artıq 3 gündür davam edən konfransda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson başda olmaqla, 65 ölkədən 200-ə qədər nümayəndə iştirak edib.
Sonuncu konfrans günündə ABŞ-ın daxili təhlükəsizlik nazirinin beynəlxalq işlər üzrə müavini Alen Bersinin məruzəsi olub. Daha sonra plenar çıxışlara yer verilib.
Bundan sonra isə "KGH Services" şirkətinin prezidenti Lars Karlsonun "Potensialın gücləndirilməsində, islahatların aparılmasında və modernizasiyanın gerçəkləşməsində rəhbərlik amilinin gücü" adlı kitabın təqdimatı keçirilib.
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Avropa Port İcma Sistemləri Assosiasiyası ("EPCSA") arasında anlaşma memorandumu imzalanıb və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İNCU-nun fəxri üzvü diplomuna layiq görülüb. Bununla belə DGK-nın sədri başda olmaqla Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və DGK Statistikavə İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev müxtəlif mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, konfransı təşkil etmək elə də asan deyildi: "Dünya iqtisadiyyatında iz buraxan Nobel mükafatçıları bu konfransa qoşuldular. Artıq oturuşmuş qaydalar mövcuddur. Biz isə istədik ki, bu konfransla yeniliyə imza ataq. Gömrüklə elmi dairələr arasında bu əməkdaşlıq olduqca vacibdir. Burada bilavasitə iştirak edən şəxslərə öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu konfrans gömrük işinin daha da təkmilləşdirilməsində müstəsna rola malik olacaq. Əlbəttə, əməkdaşlıq yalnız bugünkü görüşlə məhdudlaşmır. Bundan sonra da bu kimi tədbirlər davamlı olaraq keçiriləcək".
Sonra DGK-nın döş nişanı Aydın Əliyev tərəfindən İNCU-nun prezidenti Deyvid Uiddousona təqdim edilib.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və DGK-nın sədri Aydın Əliyevə minnətdarlığını bildirib: "Biz bu 3 gün ərzində böyük təcrübəyə malik olduq və uğurlara imza atdıq. Məlumata söykənən siyasi qərarların çıxarılmasına daha çox ehtiyac var. Mən 6 ay bundan öncə Azərbaycanda olmuşam. ÖIkənizdə baş verən dəyişiliklər məni çox sevindirdi. Burada bir növ öz ölkəmin fərdi səfirinə çevrildim. Gəlin bir yerdə Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı alqışlarımızla bildirək. Bizə burada çox yüksək səviyyədə xidmət göstərildi".
Qeyd edək ki, konfransa mayın 21-dən start verilib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB