Elçin Mirzəbəyli: “Bu hadisə hakim AKP-nin mövqelərinə təsir göstərəcək” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bu hadisə hakim AKP-nin mövqelərinə təsir göstərəcək” AÇIQLAMA

"Human Rights Watch" təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti qərəzli hesabatı davamlı kampaniya olaraq aparılır". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, ölkəmizdə hər hansı bir beynəlxalq tədbir keçiriləndə və yaxud uğura imza atanda "Human Rights Watch" və bu kimi təşkilatlar erməni diasporunun, lobbisinin təhriki ilə Azərbaycan qarşı qərəzli kampaniyaya başlayır: "Əgər siz fikir versəniz görərsiniz ki, bu hesabatlarda hər dəfə eyni mətn təkrarlanır. Azərbaycan "Avroviziya" mahı müsabiqəsində qələbə qazanmasından təxminən qısa bir müddət sonra bu kimi kampaniyalara start verilmişdi. Bu proses Azərbaycanın BMT TŞ-ya üzvülüyü və sədrliyi dövründə də davam etdirildi. Çox təəssüf ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığı gündən də bu kampaniya davam edir. Təbii ki, bu da onu sübuta yetirir ki, "Human Rights Watch" təşkilatı bunu məqsədyönlü şəkildə həayata keçirir".

Siyasi şərhçi Soma hadisələri və Türkiyədəki siyasi vəziyyətə də münasibət bildirərək deyib ki, Somali hadisələri Türkiyədəki proseslərə müəyyən mənada təsir göstərir: "Ortalıqda konkret olaraq faktlar var. Belə ki, CHP-li millət vəkili tərəfindən belə bir faciənin baş verə biləcəyi ehtimalı irəli sürülüb. Bu fakt ölkədə ictimai-siyasi proseslərə kifayət qədər təsir göstərib. Şübhəsiz ki, bu hadisə hakim AKP-nin mövqelərinə də müəyyən mənada təsir göstərəcək. Necə ki, bu indiki şəraitdə qabarıq şəkildə nəzərə çarpır".

Bütün xəbərlər Facebook səhifəmizdə