Adil Əliyev: “Digər ölkələr I Avropa Oyunlarının Bakıda keçirilməsinin fərqini hiss edəcəklər”

Adil Əliyev: “Digər ölkələr I Avropa Oyunlarının Bakıda keçirilməsinin fərqini hiss edəcəklər”

"Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, "Eurovision" kimi mahnsı yarışmasına layiqincə ev sahibliyi edibsə, 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcək. Çünki Azərbaycanın böyük beynəlxalq tədbirləri təşkil etməkdə böyük təcrübəsi var". Bunu SİA-ya Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

A. Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, məhz Azərbaycanda müəyyənləşdirilmiş standartlar Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcək: "Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur. Avropa Bakıda təməli qoyulacaq I Avropa Oyunlarının fərqini digər ölkələrlə müqayisədə sözün yaxşı mənasında hiss edəcəklər".

Millət vəkilinin sözlərinə görə, I Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın haqqıdır və bu sınaqdan da üzü ağ çıxacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində bildirib: "Bu il I Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə