Devid Lidinqton: “Bu saziş amansız müharibəyə son qoysa da, hələ real sülhə nail olunmayıb”

Devid Lidinqton: “Bu saziş amansız müharibəyə son qoysa da, hələ real sülhə nail olunmayıb”

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi sazişinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

SİA-nın Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün tərəfləri yeni səylər göstərməyə çağırıb.

Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejimi sazişinin imzalanmasından 20 il ötdüyünü vurğulayan nazirin sözlərinə görə, bu saziş amansız müharibəyə son qoysa da, hələ real sülhə nail olunmayıb. Buna nail olmaq lazımdır: "Atışmalar hər iki tərəfdən can almaqda davam edir. Humanitar böhran davam edir. Belə ki, yüz minlərlə məcburi köçkünün problemlərinin adekvat həllinə nail olunmayıb. Hər iki tərəfdən kompromis olduğu təqdirdə sülhə nail olmaq mümkün olacaq. Xalq diplomatiyası və xalqlar arasında sülh qurucuları hər bir sülh və barışığın əsas amilidir. Böyük Britaniya sülh sazişində irəliləyişə nail olmaq üçün fəal çalışan Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir".

D.Lidinqton bildirib ki, sülh sazişinin əsasında duran elementlər, o cümlədən işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu üzrə iradənin azad ifadəsi ABŞ-dan olan həmsədr Ceyms Uorlik tərəfindən bir daha səsləndirilib: " Ümid edirik ki, hər iki ölkənin rəhbərliyi münaqişənin həllinə nail olmaq üçün siyasi cəsarət göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə