Abel Məhərrəmov: “Hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür” AÇIQLAMA
"Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ilboyu çox müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlərin də hərəsinin özünəməxsus dəyəri var". Bunu SİA-ya Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov ötən gün YAP və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar təşkil olunan ağacəkmə kampaniyasına münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı olan tədbirlər xüsusi olaraq yadda qalan və əhəmiyyətlidir: "Bu tədbirlərin həm tərbiyəvi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu gün hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür ki, dünyada oksigen təminatını ortaya qoya bilsin. Bu ağacəkmə aksiyası tək iməclik deyil, eləcə də paytaxt Bakının yaşıllaşdırılmasına olan böyük ehtiyacı ödəyir. Bu gün Beynəlxalq Hava Limanına gedərkən yolun sağında və solunda ağacları gördüyümüz zaman sevinirik. Hətta prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" də elan etmişdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB