"Bütün bunların hər biri yanlış fikirlərdir. Rusiya Xarici İşlər Nazirliyi və rəsmiləri hər iki hadisənin bir-birinə bağlı olmaması ilə bağlı fikir səsləndirirlər". Bunu SİA-ya Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın Rusiyadakı səfirinin Krımda baş verən hadisələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini eyniləşdirməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfirinin dedikləri əsas mövqe ilə üst-üstə düşmür: "Nəzərə almaq lazımdır ki, bu, Ermənistanda oturan səfirdir. Bu insan çalışır ki, əhalinin hakim elitasının xoşuna gələn hansısa bir ifadələrdən istifadə etsin. Bizim üçün əsas önəmli məsələ Rusiyanın rəsmi Xarici İşlər Nazirliyinin mövqeyidir".
Rasim Musabəyov Baş nazirin müavini Əli Həsənovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatlardan ümidlərimizi kəsməliyik fikrinə də münasibət bildirərək deyib ki, güclü orduya malik olmalıyıq ki, beynəlxalq təşkilatlar Azərbaycanın tutuduğu mövqe ilə hesablaşsınlar: "Burada söhbət tək ordudan deyil, eləcə də iqtisadi gücdən və diplomatik əlaqələrimiz nəticəsində qazanılan beynəlxalq gücdən gedir. Biz ATƏT-in Minsk qrupu həmsədlərinin ümidinə qalsaq, gərək biz Azərbaycanı alçaldıcı sülh prosesinə hazırlayaq. Ölkəmiz bununla barışmır. Azərbaycan dövləti öz müdafiə imklanlarını genişləndirir və qonşu ölkələrlə daha sıx müttəfiqlik münasibətləri qurur. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə keçirilən görüşünü buna nümunə olaraq göstərmək olar. Biz bütün münaqişə bölgəsinə yaxın ölkələrlə çox sıx diplomatik münasibətlər qururuq və bu da işğalçı Ermənistan dövlətinə qarşı təzyiqə çevrilməlidir. Azərbaycan heç kimin ümidinə qalmayıb. Biz ilk növbədə öz qüvvəmizə arxalanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB