Sankt Peterburq şəhərində Heydər Əliyevin anadan olmasının 91 illiyi təntənəli şəkildə qeyd edilib FOTOLAR YENİLƏNİB
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) təşkilatçılığı ilə Rusiyanın Sankt Peterburq şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə silsilə tədbirlərə start verilib. SİA-nın verdiyi məlumata görə, bu tədbirlərdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti günün birinci yarısında Sankt Peterburq şəhərindəki Nizami Gəncəvi Parkda olublar.

Tədbirdən öncə nümayəndə heyətinin üzvləri, yerli hakimiyyət strukturlarının nümayəndələri və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin ali təhsil aldığı məktəbi ziyarət ediblər. Burada məktəbin girişində dahi lider Heydər Əliyevin barelyefi qarşısına tər çiçəklər düzüblər. Nümayəndə heytəinin üzvləri Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barəsində tədbir iştirakçılarına geniş məlumat veriblər.
Həmçinin nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycan tərəfindən ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, Milli Məclisin deputatı Fəttah Heydərov, Rusiya tərəfindən Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov və komitənin informasiya, MDB ölkələri və RF-nin regionları idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov iştirak ediblər. Görüşdə Azərbaycan və Sankt-Peterburq arasında humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Məlumatda deyilir ki, bu gün yerli vaxtla saat 19:00-da Sankt Peterburq Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Ulu Öndərimizin həyatından, siyasi fəaliyyətindən, Rusiya ilə bilavasitə bağlı gördüyü işlərdən, iki ölkə xalqları arasında sağlam mühitin, ikitərəfli əlaqələrin genişlənməsinə verdiyi tövhələrdən danışıb.
Gecənin rəsmi hissəsində Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov çıxış edərək, Rusiyanın Şimal paytaxtı hökumətinin müraciətini oxuyub. Sənəddə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin müstəsna rolu vurğulanıb. Heydər Əliyev Fondunu 10 illik yubileyi münasibətilə təbrik edən, onun gördüyü işlərin əhəmiyyətini vurğulayan S.Markov qeyd edib ki, Azərbaycan ilə münasibətlər Sankt-Peterburq Hökumətinin beynəlxalq və xarici-iqtisadi fəaliyyətinin prioritet istiqamətidir.
S.Makarov çıxışında Heydər Əliyevin nəinki Azərbaycan, eyni zamanda bütün postsovet məkanında yaşayan xalqların çox böyük dəyər verdiyi bir lider olduğunu xüsusi vurğulayıb. Heydər Əliyevin məhz Sankt Peterburqda ali təhsil aldığından qürur hissi keçirdiyini bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millər vəkili Fəttah Heydərov da çıxışında mərasim iştirakçılarına Ulu Öndərimizin uğurlarla dolu həyatından, dünya siyasətinin zirvəsinə yüksələn ömür yolundan danışıb. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın müstəqil dövlət kimi təşəkkülündə onun rolundan, ölkənin hərtərəfli inkişafına yönəlmiş titanik fəaliyyətindən söz açıb.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədov Heydər Əliyev Fondunun çoxillik səmərəli fəaliyyətindən söz açaraq bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti sayəsində Azərbaycan dünyada layiqli yerini tutub.
Millət vəkili Jalə Əliyeva və digərləri çıxışlarında Heydər Əliyevlə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, tədbirə DAMM-ın Rusiya nümayəndəliyinin rəhbəri Zaur Tarverdiyev, Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov da qatılıb.
Məlumatda deyilir ki, tədbirlərdə iştirak edən Azərbaycan nümayəndə heyətinə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev, tanınmış kardioloq-cərrah Rəşad Mahmudov və s. daxildirlər. Tədbirdə Sankt-Peterburq və Leninqrad Vilayəti administrasiyalarının nümayəndələri, Sankt-Peterburqdakı konsul korpusunun rəhbərləri, muzey və kitabxana direktorları, aparıcı ali məktəblərin rektor, müəllim və tələbələri, habelə Rusiyanın Şimal paytaxtındakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər..
Tətənəli mərasimin rəsmi hissəsindən sonra incəsənət nümayəndələrinin iştirakı ilə konsert olub. Konsertdə Sankt-Peterburq Universitetinin Kamera Orkestrinin ifasında F.Əmirov, Q.Qarayev, Niyazi, V.Mustafazadə, S.Raxmaninov və E.Kurtisin əsərləri səslənib. Konsertin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar Artisti Andrey Alekseyev, dirijoru Azərbaycanın Xalq Artisti Teymur Göyçayev olublar. Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aygün Zeynalova, tenor, opera ifaçısı, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Filarmoniyasının salisti Nərgiz Əliyeva, Bülbül adına Musiqi Məktıbinin şagirdi Atabəy İsmayılov (tarda) gözəl ifaları ilə tamaşaçılara Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdiriblər.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan fotosərgi təşkil olunub, film nümayiş etdirilib.



.jpg)




















.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB