Sülh və Demokratiya İnstitunun Bakı ofisinin rəhbəri Leyla Yunusun son günlərdə hüquq mühafizə orqanları ilə yanaşı, media təmsilçilərinə qarşı da aqressiv davranışları, onlara ölüm hökmünün çıxarılması ətrafında fikirlər bildirmələri ölkənin media kapitanları tərəfindən də qınanılmaqdadır. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələ ilə bağlı SİA-ya münasibət bildiriblər.
.jpg)
Aydın Quliyev: "Leyla Yunusun bu kimi davranışları yolverilməzdir"
- Leyla Yunusun istər hüquq mühafizə orqanlarına, istərsə də media təmsilçilərinə qarşı aqressiv davranışları yolverilməzdir. Əgər Leyla Yunus özünü həqiqətən də hüquq müdafiəçisi qismində görürsə, təhdidedici çağırışlar edərək, bu kimi hərəkətlərə rəvac verməsi başadüşülən deyil. Hesab edirəm ki, jurnalistlər öz peşə borclarını yerinə yetirən tərəfdirlər və edilən suallara bu qədər aqressiv cavab verməyin özü də doğru addım deyil.

Elçin Mirzəbəyli: "Onun bu qədər aqressiv mövqe sərgiləməsi bu günə qədər verilən sifarişləri yerinə yetirməməsindən, ifşa olunmasından irəli gəlir"
- Leyla Yunus bu kimi fikirləri, davranışları ilə öz mövcud düşüncəsini, əxlaqını ictimaiyyətə nümayiş etdirir. Bir daha sübuta yetirir ki, Sülh və Demokratiya instutunun rəhbəri olmasına baxmayaraq, bu insanın nə sülhdən, nə də demokratiyadan heç bir anlayışı yoxdur. Onun bu qədər aqressiv mövqe sərgiləməsi bu günə qədər verilən sifarişləri sona qədər yerinə yetirməməsindən, ifşa olunmasından irəli gəlir. Bir insan ki, dövləti əleyhinə terror aksiyaları törədən şəxsləri vicdan məhbusu adı ilə siyahıya salıb digər təşkilatlara göndərir bundan hər hansı bir normal, insani hərəkət gözləməyə dəyməz. Bunun kimliyini hər kəs yaxşı bilir. Bu baxımdan onun fikirlərində qeyri-adi heç nə yoxdur.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB