Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gedib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yeni ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB