Yadigar Məmmədli: “ Leyla Yunusun ətrafında ajiotaj yaratmaq lazım deyil”

Yadigar Məmmədli: “ Leyla Yunusun ətrafında ajiotaj yaratmaq lazım deyil”

"Dövlətin qanunları hər kəsə aiddir və bu qanunların tələbinə uyğun olaraq fəaliyyət göstərmək ən vacib məsələdir". Bu fikirləri SİA-ya açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bir sıra media təmsilçilərinin "Sülh və Demokratiya İnstitutu"nun Azərbaycan üzrə rəhbəri Leyla Yunusun şahid qismində prokurorluğa çağrılması ətrafında süni ajiotaj yaratmaq cəhdlərinə, eləcə də məsələnin şişirdilməsinə münasibətini açıqlayarkən deyib.

Yadigar Məmmədli qanunun fərdlərə görə dəyişilmədiyini xüsusi vurğulayıb: "Qanunlar heç bir zaman fərdə görə dəyişmir. Bu baxımdan, əgər Leyla Yunus hüquq mühafizə orqanları tərəfindən saxlanılıbsa bundan heç bir ajiotaj yaratmaq lazım deyil. Sosial şəbəkələrdə bu cür hay-küy yaratmaq olmaz. Proseslərdən də gördük ki, Leyla Yunusun hüquq mühafizə orqanları tərəfindən ifadəsi alındıqdan sonra sərbəst buraxıldı. Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Əsasən jurnalistlər istənilən məsələyə obyektiv yanaşmalıdırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə