"Son zamanlar beynəlxalq hüquq münasibətlərinin pozulması açıq şəkil alıb. XXI əsrdə dünyanın yeni düzənindən, beynəlxalq hüquq normalarının zəruriliyinə əməl etməkdən danışanlar özləri beynəlxalq hüquq normalarını ciddi surətdə tapdamağa başlayıblar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normalarını pozan ölkələr eyni xarakterli məsələlərə müxtəlif prizmalardan yanaşır, ikili standartlar tətbiq edirlər. Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda da bunun özünü açıq-aydın göstərdiyini qeyd edən politoloq Dnepryanı bölgənin, Cənubi Osetiyanın, Abxaziyanın, o cümlədən Dağlıq Qarabağın aqressiv separatizmin at oynatdığı bölgələr olduğunu deyib: "Bu bölgələrin hamısında Rusiyanın barmağı var və həmin ölkə buralardakı seperatizmin əsas dəstəkçisidir. Digər dövlətlər də bu bölgələrdə beynəlxalq hüquq normalarının tətbiqinə o qədər cəhd göstərmirlər. Bundan ruhlanan Ermənistan Rusiyanın güclü köməyinə arxalanaraq, güc faktorunu əsas götürərək beynəlxalq hüquq normalarına əsaslanmalı olan problemləri həll etməyin mümkün olduğu haqda illuziyalara qapılır. Son dövrlərdə bu, daha açıq görünür. Ermənistan danışıqlar prosesində konstruktiv mövqe tutmur və hər vasitə ilə danışıqları pozmağa və ya vaxtı udmağa çalışır. Minsk qrupu həmsədrləri isə bu məsələyə ya loyal münasibət bəsləyir, ya da müxtəlif uydurma bəhanələri ön plana çəkirlər".
Politoloq Prezident İlham Əliyevin II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışındakı nitqinin əhəmiyyətindən də danışıb: "Cənab Prezident İlham Əliyevin II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında birbaşa beynəlxalq aləmin seçilmiş siyasi elitasının nümayəndələri qarşısında açıq-aydın beynəlxalq müansibətlərdə hüquq normalarının yox, gücün ön plana keçdiyini deməsi böyük əhəmiyyət daşıyır. Bu, həm Ermənistana xəbərdarlıq, həm də münaqişənin tənzimlənməsi ilə məşğul olan beynəlxalq qurumlara mesaj idi. Cənab Prezident inamla bildirdi ki, biz yaranmış status-kvonu qəbul etməyəcəyik və bu status-kvonun beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB