Elman Nəsirli: "Sarkisyan Azərbaycan Prezidentinin belə bir çıxış edəcəyini hesablamamşdı"
"Qondarma "erməni soyqırımı"nın 99-cu il dönümü ilə bağlı Ermənistan tərəfi, diasporası və lobbisi dünyada hay-küy kampaniyasına başlayıb. Təbii ki, bu reallıqlar fonunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlamasında XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verməsinə birmənalı yanaşma yoxdur". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hesab edir ki, R.T.Ərdoğan bunla siyasi manevr edib: "Dünyada bu hadisəyə müsbət reaksiya verilib. Ermənistan bu açıqlamadan ciddi təlaş keçirir. Onlar hesab edirlər ki, belə olacağı təqdirdə ermənilərin istəklərinə nail olması, qondarma "erməni soyqırımı" ilə bağlı daha real nəticələr əldə etmələrində problem yaranacaq".
Politoloq hesab edir ki, bu hadisə fonunda Praqada keçirilən Aİ Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki görüşün də mühüm əhəmiyyəti var: "Azərbaycan Prezidenti İlham Əliyev bu görüş çərçivəsində mühüm mesajlar verdi. Həmin mesajalar da Serj Sarkisyanın soyqırımla bağlı Türkiyəni ittiham etməsinə, eyni zamanda sərhədlərin açılmaması ilə bağlı ittihamlarına cavab idi. Bununla da Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətinin bir daha açdı, beynəlxalq hüquq normalarına məhəl qoymadığını, Ermənistanın təkcə Dağlıq Qarabağı deyil, ətraf əraziləri də işğalda saxladını vurğuladı. Bundan başqa Azərbaycan Prezidenti təəssüflə qeyd edib ki, bir çox hallarda Qondarma Dağlıq Qarabağ respublikasından olan insanlara bəzi ölkələr vizalar verir və bu kimi halları çox kəskin şəkildə pislədi. Azərbaycan Prezidenti sual etdi ki, nə üçün Ermənistan AŞPA-da səsvermə hüququndan məhrum edilmir?Krımın ilhaqından sonra Rusiya səsvermə hüququndan məhrum edilib. Əgər belə bir mexanizim varsa, bu niyə Ermənistana tətbiq olunmur? Ölkə başçısı haqlı olaraq qeyd etdi ki, bu məsələ Azərbaycan cəmiyyətində narazılıq doğurur. Hesab edirəm ki, Azərbaycanın potensialının nümayişi, islahatların aparılması baxımından, üzləşdiyi problemin işğal faktorunun qabardılması, Azərbaycanın bu istiqamətdəki sülhpərvər siyasəti, xüsusilə də Türkiyə-Azərbaycan dostluq və qardaşlığını nə qədər sarsılmaz olmasının nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir".
Politoloq Ermənistan Prezidentinin belə bir çıxış etməsindək məqsədlərindən də danışıb: "Ermənistan bu görüşdə Türkiyənin iştirak etməməsindən istifadə edərək anti-Türkiyə təbliğatına başlayıb. Bununla Ermənistan prezidenti özünə müəyyən divident qazanmaq istəyirdi. Çünki ölkəsində demək olar ki, sosial bazasını itirib. Serj Sarkisyanın heç bir nüfuzu yoxdur. Belə vəziyyətdən istifadə edən Ermənistan Prezidenti hadisədən maksimum yaralanmağa çalışırdı. Ancaq Serj Sarkisyan Azərbaycan Prezidentinin belə bir çıxış edəcəyini hesablamamşdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB