Təhmasib Novruzov: “Leyla Yunusun qanında qarışıq var” AÇIQLAMA

Təhmasib Novruzov: “Leyla Yunusun qanında qarışıq var” AÇIQLAMA

"1990-cı ildə Hikmət Hacızadənin Azərbaycan Xalq Cəbhəsi adından Patrik Hayrikyanla birgə bəyanatı yadıma düşdü. Həmin zamanlar bu iki şəxs müharibə əleyhinə bəyanat imzaladılar və həmin bəyanatda azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasi pslənildi və s. O zaman mən bunu soruşanda dedilər ki, onlar, yəni ermənilər Azərbaycanla müharibəyə getmək istəmir, Qarabağı istəmir və bu kimi digər məsələlər…". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun Ermənistanlı hüquq müdafiəçisi Laura Bğdasaryanla birgə Rauf Mirqədirovun həbsi ilə bağlı imzaladığı bəyanata münasibətini açıqlayarkən deyib.

AHB sədri bildirib ki, bəzi insanlar erməninin əsl sifətini, əsl məqsədini hələ də yaxşı başa düşmürlər: "Ermənilər hər an sifətlərini dəyişə bilən bir millətdir. Çünki həmin o Patrik Hayrikyan nəinki Qarabağa və Tükiyəyə, hətta Naxçıvan torpaqlarına iddia qaldıran əsas, aparıcı simalardandır. İnanmıram ki, Leyla Yunus burada Azərbaycanın mövqeyini müdafiə etsin. Çünki Leyla Yunus daim ermənilərin əlinə işləyən adam kimi tanınır. Ancaq buna baxmayaraq bir daha demək istəyirəm ki, ermənilər heç vaxt imzaladıqları sənədlərə sahib çıxmırlar. Hətta Leyla Yunus Bağdasaryanla birgə imzaladığı sözügedən bəyanatda ictimai dialoq istiqamətində işlədiyini desə də, ermənilərin həqiqi xislətlərini anlamır, anlamaq istəmir. Görünür bu, ona sərf etmir".

T.Novruzov əlavə edib ki, əgər bunlar həqiqətən də ictimai dialoq tərəfdarıdırlarsa, onda Qarabağdan, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycandan olan sağlam düşüncəli insanları dəvət edərək, bu istiqamətdə fəaliyyət göstərsinlər: "Bu kimi addım ermənilər tərəfindən heç vaxt atılmayıb. Çünki Qarabağdan, Qərbi Azərbaycandan olan insanlar onların xislətlərini yaxşı bildikləri üçün, anlayırlar ki, bizlərə kələk gələ bilməzlər, bizi aldada bilməzlər. Ona görə də Leyla Yunus kimilərini çox aldadıblar, aldadacaqlar da. Bu baxımdan, Leyla Yunusun Azərbaycan xalqı adından danışmağa mənəvi haqqı yoxdur. Bu adam azərbaycanlı deyil, onun azərbaycanlı olması şübhə altındadır. Yəni təkcə nəslində erməni olan adamla ailə qurmağı deyil, Leyla Yunusun özünün də qanında qarışıq var. Ona görə də mən bu cür məsələləri qəti şəkildə pisləyirəm. Əgər ictimai dialoq lazımdırsa, bu, Azərbaycan dövləti tərəfindən yaradılmış xüsusi proqram əsasında olmalıdır. Hansısa Avropa dövlətindən, erməni lobbisindən qrant alaraq, dövlət əleyhinə işləyən bir kəsin özünümüdafiə məqsədi ilə ictimai dialoqdan danışmağa hüqqı yoxdur. Leyla Yunusa qarşı hüquqi çərçivədə atılacaq addımların vaxtı çoxdan çatıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə