Sahib Alıyev: “Prezidentimiz işğalçı ölkənin başçısını ifşa etdi” MÜNASİBƏT
"Paradoksal fakt odur ki, Xocalıda törədilən vəhşilikdə əli olduğunu özü söyləyən Sarkisyan o cür yüksək kürsüdən kimlərisə olmayan soyqırımında suçlandırır". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili, politoloq Sahib Alıyev Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən susdurulmasına münasibətini açıqlayarkən deyib.
"Əli azərbaycanlıların qanına batan bu erməni terrorçusunu yerində oturtmaqla cənab İlham Əliyev bir daha Ulu Öndərin "Bir millət, iki dövlət" deyiminin sadəcə söz olmadığını ortaya qoydu. Prezidentimiz işğalçı ölkənin başçısını ifşa etdi", - deyə qeyd edən deputat onu da vurğulayıb ki, əgər Azərbaycanın dövlət başçısının sərgilədiyi bu təəssübkeşliyi digər türk dövlətlərinin liderləri də sərgiləsəydilər, indi türk dünyası tam fərqli bir durumda idi".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB