Prezident İlham Əliyev Çexiyaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Çexiyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə