Zakir Həsənov Türkiyəyə yola düşüb

Zakir Həsənov Türkiyəyə yola düşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir aprelin 22-də Türkiyəyə yola düşüb.

Aprelin 25-dək davam edəcək səfər çərçivəsində müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasiminə qatılacaq.

Səfər çərçivəsində müdafiə naziri Z. Həsənovun Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə ikitərəfli görüşləri də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə