"Həmişə izafi savadsız adam başı çıxmaq istəmədiyi şeylərə analiz vermək istəyər və bu analizin də yeganə düz analiz olduğunu iddia edər". SİA-nın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında eks-spiker Rəsul Quliyev AXCP sədri Əli Kərimlinin Ukraynanın yeni hakimiyyətinə məsləhətlər verməsinə münasibətini açıqlayarkən deyib.
Eks-spikerin fikrincə, Ukraynada baş verən prosesləri ölkədə yalnız 2-3 nəfər analiz edə bilər: "Bu, klassik savadsız adamların düşünmə qabiliyyətidir. Ukraynada baş verən hadisələri Azərbaycanda 2-3 nəfər dərindən analiz edə bilər. Yerdə qalan adamların, xüsusi ilə də müxalifətdən olanların bu barədə fikir söyləmələri gülüşdən başqa heç nə doğurmur. Çünki Azərbaycanın özünün daxilində, hər hansı bir rayonda nə baş verdiyini dəqiqliklə bilməyən adamlar necə ola bilər ki, 45 milyonluq, 600 min kv.km sahəsi olan, Avropanın tərkib hissəsindən biri sayılan, həm əhalisinə, həm də ərazisinə görə Avropanın beşinci dövləti olan Ukrayna barədə belə səhv analizlər versin? Bu, gülüncdür, belə şeylər etmək olmaz".
Xatırladaq ki, bir neçə gün öncə, AXCP sədri Əli Kərimli Ukrayna hakimiyyətinin qətiyyətsizlik nümayiş etdirdiyini iddia edərək "məsləhətlər" verib. Bu günlərdə isə Ukrayna hakimiyyətinin gec də olsa, onun dediklərini həyata keçirməyə başladığını deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB