Möhsün Pak Ayin: “İran prezidenti tezliklə Azərbaycana səfər edəcək” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri regiona və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinə münasibət bildirərkən deyib.
Möhsün Pak Ayinin sözlərinə görə, bu Prezident İlham Əliyevin İrana sayca 3-cü səfəri idi: "Bu səfərin əlamətdar hadisələrindən biri İranın Ali dini lideri Xomneyi ilə görüş və hərtərəfli məsələlər barədə danışıqlar oldu. Orada imzalanan memarondumlardan biri Marazan-Ordubad Su Elektrik Stansiyası (SES) ilə bağlı idi. İki ildir ki, mütəxəsislər layihə üzərində işləyiblər. Bu SES-in iki məqsədi var. Birincisi, iki ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək digəri isə Arazın suyundan səmərəli şəkildə istifadə olunmasını təmin etməkdir".
Səfir bildirib ki, iki ölkə arasında imzalanan anlaşma memarondumundan biri fövqəladə hallarla bağlı idi: "Hər iki ölkənin seysmik zonada yerləşməsi və Xəzər dənizində mümkün fövqəladə halların qarşısının alınması məqsədilə hər iki ölkənin naziri tərəfindən imzalanan razılaşma da mühüm əhəmiyyətə malik idi. Hesab edirəm ki, hər iki ölkənin prezidentlərinin səfərləri tez-tez baş verməlidir. İran prezidenti Həsən Ruhani də tezliklə Azərbaycana səfər edəcək".
İranın Azərbaycandakı səfiri deyib ki, səfərdə xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu: "Həsən Ruhani Prezident İlham Əliyevlə görüşdə bildirib ki, DQ münaqişəsi ədalətlə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Regionun coğrafi xəritəsinin dəyişilməsinə razı ola bilmərik. İki ölkə bunun qarşısını almağa qadirdir və bu sahədə işlər aparırlar".
Səfərdə regionun təhlükəsizliyi üçün məsələlər ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı region üçün əhəmiyyətlidir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB