Fərhad Qəribov: “Prezidentin İran səfərinə qısqanclıqla yanaşanlar var”
"Cənab Prezidentin İrana səfəri böyük əhəmiyyət daşıyır. İki qonşu ölkə arasında əlaqələrin gələcək inkişafı üçün atılan növbəti bir addımdır. Azərbaycanla İran arasında müxtəlif istiqamətlər üzrə mühüm sənədlər imzalanıb. Təbii ki, bu səfərə qısqanc yanaşıb yalnış fikirlər söyləyənlər də var. Amma biz kimdənsə ağıl alası deyilik və dövlət səfərlərinə kiminsə qeyri-obyektiv fikir bildirməsinə ehtiyacımız yoxdur. Azərbaycana dünyaca məşhur çox böyük bir siyasətçi rəhbərlik edir və o, dövlətimizin, millətimizin maraqlarını həmişə hər şeydən üstün tutur".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərhad Qəribov bildirib.
Dövlət başçısının İrana səfərini şərh edən F.Qəribov deyib ki, İranla Azərbaycanı birləşdirən mühüm ortaq cəhətlər var: "Hesab edirəm ki, bu ortaq cəhətlər iki ölkənin bundan sonra da dostluğunun möhkəmlənməsində daha böyük rol oynayacaq. Ən mühüm məsələ hər iki dövlətin İslam dəyərlərini daşımasıdır. Yəqin ki, Xəzərlə bağlı, həmçinin strateji məsələlərlə bağlı Azərbaycanla İran arasındakı bütün məsələlər yalnız müsbət istiqamətdə öz həllini tapa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB