"Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək". Bunu SİA-ya Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə edir: "İki ölkə humanitar, iqtisadi və bir sıra digər layihələrdə iştirak edir və uğurlu nəticələr əldə edilməkdədir. Həmçinin bir sıra məsələlərdə ölkələrin ümumi baxışları vardır ki, bu da Azərbaycan-İran münasibətlərini daha da möhkəmləndirib. Digər məsələlərdə isə ölkələr bir-birinin seçimlərinə hörmət edirlər. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan isə İranın Qərblə olan münasibətlərinin ancaq danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində bir sıra məsələləri müzakirə etməyə, fikir mübadiləsi aparmağa, regionda və beynəlxalq aləmdə gedən proseslərə dair mövqeləri uzlaşdırmağa çalışacaqlar. Həmçinin iqtisadi sahədə aparılan müzakirələr birgə layihələr yaratmağa, ticarət-iqtisadi əlaqələrin daha çevik və məhsuldar etməyə imkan verəcək".
A. Mirzəzadənin sözlərinə görə, Azərbaycan İranla münasibətlərə məsuliyyətlə yanaşır: "Bu istər dövlət, istərsə də cəmiyyət səviyyəsində hiss edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı cənub qonşumuzun mətbuatında ölkəmiz haqqında bir çox xoş sözlər səsləndirilib. Bunu özü İranın Azərbaycan olan xoş münasibətini göstərir. Bu səfərin iki ölkə arasındakı münasibətləri dərinləşdirəcəyinə, həmçinin birgə faydalı əməkdaşlığa öz töhfəsini verəcəyinə tərəflərin inamı böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB