Azər Badamov: “Prezident İlham Əliyev hər zaman doğru, qətiyyətli qərarlara imza atır” RƏY

Azər Badamov: “Prezident İlham Əliyev hər zaman doğru, qətiyyətli qərarlara imza atır” RƏY

"Azərbaycan müstəqil ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyir. Dövlətimiz beynəlxalq hüquq normalarına uyğun siyasət yürüdür". Bu fikirləri SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Rusiyalı politoloq, eyni zamanda Kremlin qeyri-rəsmi sözçüsü Aleksandr Dugininin "Azərbaycan BMT-dəki Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsverməyə görə cavab verəcək" fikrinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman ədalətin və həqiqətin yanındadır: "Biz heç bir ölkənin tərəfini tutmuruq, biz haqlının yanındayıq: "Düşünürəm ki, Rusiya da, Ukrayna da slavyan ölkələri olaraq aralarında olan münaqişələri özləri həll edəcəklər. Azərbaycan hazırkı vəziyyəti düzgün qiymətləndirərək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu baxımdan, kimsəyə hesab verməli deyilik. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də ölkə başçısının mövqeyi düzgündür. Prezident İlham Əliyev beynəlxalq aləmdə, xarici siyasətdə də hər zaman doğru, qətiyyətli qərarlara imza atır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə