Novruz Məmmədov Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib

Novruz Məmmədov Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib

"Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" hesabında bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirən PA rəsmisi qeyd edib: "Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi".

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən ölkəmizdə bir günlük işgüzar səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə