"Azərbaycan torpaqları 20 ildir erməınilər tərəfindən işğala məruz qalıb. Biz işaldan əziyyət çəkənik, işğalçılıq bizə ağrı-acılar verib və biz işğalçılıq siyasətinin nə olduğunu yaxşı bilirik. Ona görə də ölkələrin ərazi bütövlüyünü müdafiə edirik. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət qoyan və ölkələrin ərazi bütövlüyünü dəstəkləyən dövlətdir. Kiminsə xoşuna gəlsin deyə, biz uzun illər apardığımız obyektiv siyasəti poza bilmərik". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdiyinə görə, Azərbaycana Rusiya tətəfdən təhlükənin olması və Moskvanın Qarabağa da hücum edəcəyi ilə bağlı iddialara münasibət bildirən S.Rüstəmxanlı qeyd edib ki, əslində bu məsələni danışmaq, onu qabartmaq təhlükəlidir: "Azərbaycan öz ədalətli mövqeyini nümayiş etdirərək Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verib. İndi naşı yozumlarla milləti çaşdırmaq lazım deyil. Belə bir şey ola bilməz. Azərbaycan vaxtilə Şimali Qafqazda Rusiyanın da ərazi bütövlüyünü dəstəkləmişdi. Gürcüstanla bağlı da dövlətimiz öz mövqeyini ortaya qoymuşdu, indi də Ukrayna ilə bağlı mövqeyini sərgiləyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB