ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 63-ə çatdı

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 63-ə çatdı

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 63-ə çatdı. Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya verilən xəbərə görə, 27 mart 2014-cü il tarixində ABŞ Konqresinin üzvü Cef Miller (Jeff Miller) Konqresdəki Azərbaycan üzrə işçi Qrupuna qoşulub. Bununla Azərbaycan üzrə İşçi Qrupundakı konqresmenlərin sayı 63-ə çatıb. Respublikaçılar Partiyasından olan Cef Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Konqresdəki Azərbaycan üzrə işçi Qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə