Dağlıq Qarabağ münaqişəsinin həlli Brüsseldə müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsinin həlli Brüsseldə müzakirə olunacaq

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov "Cənubi Qafqazın gələcəyi: Dağlıq Qarabağ münaqişəsinin həllində iqtisadi təşəbbüslərin sülh quruculuq prosesinə təsiri" mövzusunda dəyirmi masada iştirak və çıxış etmək üçün Brüsselə səfər edib.

Qurumdan SİA-ya verilən xəbərə görə, icmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov bu görüşlə yanaşı, Brüsselə səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında icmaların aktiv fəaliyyəti ilə bağlı bir sıra digər görüşlər keçirəcək.

Qeyd edək ki, "Avropa Geosiyasi Forumu" tərəfindən təşkil edilən tədbir Avropa Parlamentində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə