“İlham Əliyev və Sarkisyan Qarabağ münaqişəsini müzakirə ediblər” FOTO
Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi "Twitter" səhifəsində məlumat verib.
"Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?"- deyə, C. Uorlik sual edib.
Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammiti keçirilib. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB