Azərbaycan və Əfqanıstan XİN Ukrayna böhranına münasibət bildirib

Azərbaycan və Əfqanıstan XİN Ukrayna böhranına münasibət bildirib

Azərbaycan Ukrayna böhranının dinc yolla həllinə tərəfdardır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu problemləri Ukrayna konstitusiyası, həmçinin beynəlxalq prinsiplərə və ərazi bütövlüyü prinsipinə hörmət etməklə həllinə tərəfdardır.

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Əfqanıstan xarici işlər naziri Zarar Əhməd Osman xatırladıb ki, Əfqanıstan və Azərbaycan da işğala məruz qalan dövlətlərdəndir. Ona görə də Əfqanıstan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə