Elnurun “ASLANI” - Ramin Hakimov

Elnurun “ASLANI” - Ramin Hakimov

Dövlətin saat kimi dəqiq işləyən qanunları, mexanizmləri var, buna hər kəs əmin olsun. Vəzifəsindən, kimliyindən, başının daz, ya da tüklü olmasından, arxayın olduğu divarın qalınlığından asılı olmayaraq, dövlət milli maraqlarımızı tapdalayanları, iyrənc ideologiyalara xidmət edənləri layiqincə cəzalandıracaq.

Gənc yaşında müəmmalı şəkildə, heç bir mənbəyi, izi-tozu bilinməyən yerlərdən pul alıb ASAİF adı altında özünü Avropanın min bir güşəsində qanadlandıran Ramin Hakimov haqqında yazmaq insana ar gəlsə də, bəzi mətləblərə toxunmalıyıq.

Bir il bundan öncə..."İçəri Şəhər" metrosunun yaxınlığında Ramin Hakimov dəyəri 120 min dollar olan BMW-dən düşür, ətrafına gənclər doluşur, yolun kənarında isə, 5-6 lüks avtobus... Qardaşlar, hara gedirsiz, nə məsələdir?

- "Təbiət qoynunda toplantımız var, rayona istirahətə gedirik, ASAİF gəncləri dincəlməyə aparır".

Üstündən bir müddət keçir, Avropanın hansı dərmə-deşiyinə baxırsan, ordan Ramin Hakimov çıxır. O yerlərdən ki, bir gecəsi insana 5 min dolardan tutmuş milyonlara qədər başa gəlir.Ramin nə gəzir oralarda?

Və ya əsl dərin dünyanı xatırladan qapalı zallarda kimliyi bilinməyən 500-600 nəfərin iştirakı ilə keçirilən tədbirlərdə Ramin niyə başda oturur?

"Biz xaricdən dollar, avro alırıq, manata dəxlimiz yoxdur" devizi ilə gündəmi əvvəllər də zəbt edən, anadangəlmə qollarının altına "quş" qanadı yerləşdirən Ramin Hakimovun lobbiçilik fəaliyyətinəmi qalmışıq?

O günəmi qaldıq ki, Hollandiyada dəfələrlə eynicinslərin evləndiyi toylarda iştirak edən, kişinin kişi ilə evlənməsini "sivilizasiya" adlandıran, bu ala-yarımçıq gəncə bənzəyən məxluqatdanmı mədət umuruq?

ASAİF-in adının açılışına fikir verin- "Xaricdə Təhsil Alan və Oxuyan Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumu".

Guya bu adam xaricdə Azərbaycanın tarixini, mədəniyyətini təbliğ edir. Amma bir dəfə də olsun Azərbaycan cəmiyyəti ASAİF-in bir normal addımının şahidi olmayıb. Mədəniyyətini ayaqlarının arasında gizlədən, özünü kişi qollarında xoşbəxt görən, Avropa televiziyasına fahişə qanadı geyinib çıxan Ramin Hakimov üzdəniraq vətən "məhəbbəti"inin bir sonu olmalı idi.

Niyə indiyə qədər bu adam hansı mənbədən maliyyələşdiyini açıqlamayıb? Nə üçün onun adında xaricdə və Azərbaycanda banklarda milyonlarla pul var? Nədən ötrü tədbirlərini xaricdə, özü də kimliyi heç kəsə bəlli olmayan şəxslərin iştirakı ilə keçirir? Hansı səbəbə, ailəsinin üz qarası olan bu adam dövlətimizə qarşı dayanan, din pərdəsi adı altında fəaliyyət göstərən "Nurçu" əndamlı siyasi cərəyanın quluna çevrilib? Xərclədiyin pulların, aldığın maşınların, göyə sovurduğun pulların sənə nə üçün verildiyini sənə heç demədilərmi? Yoxsa, "ala, kefy ele, xərclə, sənin ala gözünə aşıqik" deyib kimlərsə, pullarını sənin cibinə basdılar? Bu qədər iyrənc pulların, karyera uğurlarının əvəzində səndən heç nə istəmədilərmi? İstədilər və etdin də. Amma daha istəsən də edə bilməyəcəksən. Çünki "Aslanların" ovu başlayıb...

Bütün xəbərlər Facebook səhifəmizdə