Britaniyanın ölkəmizdəki səfiri xalqımızı bayram münasibətilə təbrik edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində qeyd olunub.
Novruz bayramının ölkəmizin qədim bayramı olduğunu vurğulayan İ. Siddiq təbrik mesajında bildirib ki, bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlıdır və adət-ənənələrlə zəngindir.
"Əziz bacılar və qardaşlar! Mən sizi baharın gəlişi, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşına bu bayram günlərində xoşbəxtlik, can sağlığı arzulayıram. Mən bilirəm ki, Novruz Azərbaycan xalqının qədim və əziz bayramıdır. Təkrar öz adımdan və Britaniya hökuməti adından bu gözəl bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm və hər bir ailəyə sülh və əmin-amanlıq şəraitində azad, firəvan və rifah içində xoşbəxt həyat arzulayıram. Bayramınız mübarək olsun!",- deyə səfir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB