Əli Həsənov: "Dövlətçilik təfəkkürü zəif olanlar millətimizə qarşı kampaniyalarda iştirak edirlər"
"Azərbaycan dövləti iqtidar və ya müxalifət cəbhəsində fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır". SİA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdirii Əli Həsənov fərdi jurnalist yazıları müsabiqsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zaman deyib.
"Əlbəttə Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri də olur. Təəssüf ki, bəzi dövlətçilik təfəkkürü zəif olan insanlar müəyyən müddət o cərəyanlara qoşulub, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət və tarix verər. Azərbaycan Prezidenti dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, nə olursunuz olun, kimə xidmət edirsiniz edin, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir vətənimiz var, o da Azərbaycandır" -deyə, Ə. Həsənov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB