Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra yaşanan qalmaqallar ötən günlərdə səngisə də, yenidən hər iki təşkilat arasında ixtilaf baş qaldırıb. SİA-nın məlumatına görə, buna səbəb "Yeni Müsavat" qəzetinin ötən saylarının birində Milli Şuranın, eyni zamanda AXCP-nin hədəfə alınması olub. Bununla bağlı qurumun mətbuat xidməti hətta qəzetə qarşı bəyanat da səsləndirib və iddia edilib ki, bu adıçəkilən nəşrin təxribat cəhdidir: "Milli Şuranın Mətbuat Xidməti bildirir ki, "Yeni Musavat" qəzetində dərc olunan bu yazı reallıqdan uzaq olmaqla quruma qarşı növbəti təxribat cəhdidir".
Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin ötən sayında "Milli Şura"nın sessiya keçirməyə yer tapmaması və qurumun cəmiyyət qarşısında heç bir nüfuza malik olmaması barədə yazısı çap olunmuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB