“Krım və Dağlıq Qarabağ problemlərini eyniləşdirmək siyasi və beynəlxalq hüquq baxımından doğru deyil”

“Krım və Dağlıq Qarabağ problemlərini eyniləşdirmək siyasi və beynəlxalq hüquq baxımından doğru deyil”

"Rusiya və Ukrayna arasında yaşanan gərginliyə paralel olaraq ruslar tərəfindən Krımın işğal olunması Rusiya Federasiyasının siyasi imicinə ciddi zərbə vurdu. Bu baxımdan Rusiya yalnız siyasi böhranla deyil, iqtisadi böhranla da qarşı-qarşıya qalacaq". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı Krım böhranını şərh edərkən deyib.

Mərkəz sədri bildirib ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin Rusiyaya təzyiqlərinin sonda hansı nəticə verəcəyi barədə onların özlərində belə heç bir təsəvvür yoxdur.

H. Cabbarlı bəzi təhlilçilərin Krım və Dağlıq Qarabağ problemlərini eyniləşdirməsinə də münasibət bildirib: "Krımda tatarların azlıq, rusların isə çoxluq təşkil etməsi bilinən gerçəkdir. Krım əhalisinin böyük bir qismi rus kökənlidir və bilindiyi kimi bu etnik qrup hər zaman Rusiya ilə bağlı olub. Ona görə də bu iki problemi bir müstəvidə ələ alaraq dəyərləndirmək siyasi və beynəlxalq hüquq baxımından doğru deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə