Niyaməddin Orduxanlı: “Arif Hacılı Əli Kərimliyə nifrət edir”

Niyaməddin Orduxanlı: “Arif Hacılı Əli Kərimliyə nifrət edir”

"Arif Hacılı AXCP rəhbərliyinə, Əli Kərimliyə nifrət edir. Həmçinin Əli Kərimlinin də Müsavat Partiyasında ən çox nifrət etdiyi insanlardan biri Arif Hacılıdır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı söyləyib.

Müsavat başqanlığına namizəd, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının "facebook" hesabında AXCP-nin qərərgahının sökülməsinə sərt münasibət bildirməsinin əslində onun öz mənafeyi üçün etdiyini bildirən partiya rəsmisi qeyd edib ki, Arif Hacılı Müsavat Partiyasına başqan seçilmək üçün bu istiqamətdə siyasi divident, siyasi xal qazanmaq məqsədi ilə bu cür fikirlər söyləyir: "Onun AXCP-yə verməyə çalışdığı dəstək sünidir. Arif Hacılı qurultay öncəsi öz müsbət imicini formalaşdırmaq üçün belə bir addım atır".

Xatırladaq ki, Arif Hacılı son zamanlara qədər AXCP-yə və partiya rəhbərliyinə qarşı ən radikal mövqedə dayananlardan biri idi.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə