Ədalət Yusifov: “Milli Şuranın geriləməsinin səbəbləri var”

Ədalət Yusifov: “Milli Şuranın geriləməsinin səbəbləri var”
Milli Şuraya qarşı düşərgədaxili ittihamlar səngimək bilmir. SİA-nın məlumatına görə, KAXCP-dən olan daha bir Milli Şura üzvü Ədalət Yusifov istisna etmir ki, qurumun fəaliyyəti qənaətbəxş deyil.

"Milli Şuranın fəaliyyətində olan geriləmənin müxtəlif səbəbləri var"- deyə, qeyd edən şura üzvü digər səbəb kimi istefaları, eləcə də fəaliyyətsizliyi önə çəkib: "Onlardan biri prezident seçkilərindən sonra arzu olunmayan istefalarla üzləşməyimizlə bağlıdırsa, digəri isə ictimai-siyasi fəallıqla bağlı olan məsələlərdir".

Xatırladaq ki, Ədalət Yusifovdan öndə digər KAXCP-dən olan Milli Şura üzvü Mehriban Vəzir də qurumun fəaliyyətsizliyi, istefalar haqqında fikirlərini irəli sürmüşdü.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня