Tural Abbaslı: “Müsavatdan sonra Milli Şura zəiflədi”

Tural Abbaslı: “Müsavatdan sonra Milli Şura zəiflədi”

"Bəli, təbii ki, Müsavat Partiyası Milli Şuradan çıxdıqdan sonra bu qurum zəifləməli idi və zəiflədi də. Leyla xanımın bu fikirlərində reallıq özünü göstərir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Milli Şuradan istefa verən politoloq Leyla Əliyevanın Müsavat partiyasından sonra Milli Şuranın zəiflədiyini söyləməsinə münasibətini bildirərkən açıqlayıb.

Tural Abbaslı həmçinin, qeyd edib ki, Milli Şurada qalanlar Müsavat Partiyasına və partiyanın atdığı addımlara dəyər verə bilmədi: "Bizim partiyamıza və təmsil olunduğum partiyanın verdiyi qərarlara, atdığı addımlara dəyər, qiymət verilmədi. Bununla da Milli Şurada qalanlar bizə qarşı səhv etdilər".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə