"Ölkə başçısı İlham Əliyev keçirilən iclasda çıxışı ilə ölkədəki vəziyyəti geniş təhlil etməklə yanaşı həm də gələcək perspektivləri müəyyənləşdirmiş oldu. Həmin perspektivlər hər zaman olduğu kimi ölkəmizin inkişafına yönəlib". Bu sözləri millət vəkili, professor Musa Qasımlı dövlət proqramlarının icrası ilə bağlı keçirilən iclasda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, iclasda edilən təhlilə nəzər saldıqda görürük ki, bu gün Azərbaycan davamlı inkişaf edən, hər bir vətəndaşın təhlükəsiz yaşayışın təmin edən, ən etibarlı ölkələrdən biridir: "Bütün bunlar heç şübhəsiz ölkə başçısının rəhbərliyi altında Azərbaycanda yürüdülən siyasətin konkret nəticəsidir. Ölkə başçısının iclasda söylədiyi kimi bu gün həqiqətən də Azərbaycanın inkişafı bir sıra xarici qüvvələri təmin etmir, ona görə də onlar Azərbaycanı daxildən zəiflətmək üçün müəyyən qruplardan istifadə etməyə çalışırlar. Bu cür qrupların olduğu hər kəsə məlumdur. Lakin Azərbaycan hökuməti, hakimiyyəti xarici qüvvələrin, hansısa təşkilatların qarşısında hesabat vermir. Azərbaycan hökuməti yalnız xalqımız qarşısında məsuliyyət daşıyır və yalnız onlara hesabat verir. Azərbaycanın güclü dövlət olması ölkəmizdə yaşayan bütün vətəndaşların marağında olmalıdır. Amma çox təəssüf ki, bu gün ölkəmizdə elə şəxs və qüvvələr var ki, onlar xaricdən ianə alır və Azərbaycan dövlətini zəiflətməyə çalışırlar. Belə şəxslər, təşkilatlar və partiyalar Azərbaycan cəmiyyətində heç bir zaman uğur qazanmayıb və qazanmayacaq da. Hesab edirəm ki, bütün Azərbaycan cəmiyyəti xarici qüvvələrin ölkəmizi daxildən zəiflətmək cəhdlərinə qəti cavab verməlidirlər. Həmin təşkilatların ölkəmizdə heç bir perspektivi yoxdur. Onların iflası isə göz önündədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB