“Baş verənlərə rəğmən, onların təxribatçı işlərinə məhəl qoymamalıyıq" Münasibət
"Azərbaycan hər zaman konstruktiv yoldadır və hamı bunu bilir. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəsə də, təəssüf ki, erməni tərəfi danışıqlar prosesindən boyun qaçırır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Onun sözlərinə görə, atəşkəs rejiminin son zamanlar intensiv şəkildə pozulması və digər hallar da məhz buradan qaynaqlanır: "Misal olaraq, onlar dəfələrlə bəyan edirlər ki, guya Azərbaycan tərəfi erməni əsgərlərini öldürür və qarşı tərəfdən çoxlu itkilər olur. Lakin deyilənlərin heç bir əsası yoxdur. Çünki Azərbaycan ordusu atəşkəs rejimini pozmur. Prosesi mütəmadi şəkildə onlar həyata keçirir. Bu səbəbdən də mətbuatda bu haqda yayılan məlumatlar düzgün şəkildə dərc olunmalıdır".
Ermənilərin məhz əlamətdar günlərdə təxribat törətmələri məsələsinə də aydınlıq gətirən millət vəkilinin sözlərinə görə, bu onların hər zamankı adətləridir: "Baş verənlərə rəğmən, onların təxribatçı işlərinə məhəl qoymamalıyıq. Buna görə də Azərbaycan xalqı daim təmkinli olmalı, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətini dəstəkləyərək pillə-pillə irəli getməlidir. Bildiyiniz kimi, BMT-nin 1997-ci ildə qəbul etmiş olduğu 4 qətnamənin şərtləri hələ də yerinə yetirilmir. Bu da bizə dünya dövlətlərinin ikili standartlardan çıxış etdiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB