Georgi Fyodorov: “İqtisadi böhranın gözlənilən mərhələsi əsasən MDB dövlətlərinə təsir edəcək”

Georgi Fyodorov: “İqtisadi böhranın gözlənilən mərhələsi əsasən MDB dövlətlərinə təsir edəcək”

"Bütün iqtisadi böhranlar süni yolla təşkil edilir". Bu haqda Rusiya politoloqu Georgi Fyodorov SİA-ya eksklüziv açıqlamasında "Stin Yakobsunun "2008-ci ildə vüsət almış iqtisadi böhran artıq bitmək üzrədir və bunun son mərhələsi həddindən artıq ağır olacağını ehtimal edərək, bunun siyasi və monetar islahatlara təsir edəcək" kimi nəzəriyyəsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Stin Yakobsunun nəzəriyyəsi ilə müəyyən mənada razılaşmaq olar: "Düşünürəm ki, böhranın sonuncu mərhələsi Qərblə mövcud rəqabəti və satış bazarlarını tənzimləmək məqsədi üçün gərəklidir. Ona görə də, sözü gedən iqtisadi böhranın gözlənilən mərhələsi həm MDB dövlətlərinə, həm də əvvəl Rusiyanın maraqları çərçivəsində olan avropa ölkələrinə təsir edəcək".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə