Eldəniz Quliyev: “Hər hansı bir şəxs o vaxt lider olur ki, ona inanırlar, onun ətrafında yığılırlar” EKSKLUZİV

Eldəniz Quliyev: “Hər hansı bir şəxs o vaxt lider olur ki, ona inanırlar, onun ətrafında yığılırlar” EKSKLUZİV

"Dünyada artıq siyasi mübarizə üsulu siyasi partiyalardan digər müstəviyə transfer edib. Siyasi mübarizədə təkcə siyasi partiyalar deyil, həm də xalq amili mühümdür. Hər hansı bir şəxs o vaxt lider olur ki, ona inanırlar, onun ətrafında yığılırlar". Bu fikirləri SİA-a açıqlamasında Milli Şuradakı istefalara, müxalifətin birləşə bilməməsinə münasibət bildirərkən "EL" Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.

Həqiqi liderdə insanları öz ətrafına yığa bilmək qabiliyyətinin olmasının vacibliyini deyən E.Quliyev müxalifətdə bu məsələnin təəssüfləndirici vəziyyətdə olduğunu dedi: "Müxalifətin çox təəssüf ki, adını çəkmək istəmədiyim liderləri neçə illərdir ki, maqnit olmaq, insanları bir ideya və amal ətrafına cəlb etmək əvəzinə, əksinə öz iddiaları ilə yersiz ambisiyaları ilə ümidi, inamı itirdilər. Və bu indi belə də davam eləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə