Demokratik Qüvvələr Birliyi (DQB) tərəfindən KXCP sədri Mirmahmud Mirəlioğluna və yeni təsis olunmuş Azad Demokratlar Partiyası (AzDP) təşkilat komitəsinin sədri Sülhəddin Əkbərə ünvanlanmış şərtə qarşı tərəfdən cavab verilib. SİA xəbər verir ki, AzDP təşkilat komitəsinin sədri Sülhəddin Əkbər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın KXCP və AzDP-nin iki qurumda təmsil olunmaları ilə razı olmamalarını düzgün hesab etmədiyini bildirib.
Sülhəddin Əkbər bununla bağlı münasibətini açıqlayarkən qeyd edib ki, belə məsələlərin mətbuatda qabardılması doğru addım deyil: "Belə məsələlər toplantıda müzakirə olunmalıdır, mətbuatda yox. Partiyaların seçim etməsi məsələsinə gəldikdə isə bizim təşkilat yalnız qurultaydan sonra partiya kimi formalaşacaq. Bundan sonra isə partiyanın adından hər hansı bir qərar veriləcək. Hazırda AzDP-nin seçkidə iştirak etmək, blok yaratmaq kimi qərarlar verməsi düzgün olmaz. Çünki səlahiyyətimiz yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB