AŞPA Ukrayna nümayəndə heyətini səs hüququndan məhrum edə bilər

AŞPA Ukrayna nümayəndə heyətini səs hüququndan məhrum edə bilər

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Kiyev nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ehtimalının saxlandığı Ukrayna üzrə qətnamə qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qətnamədə qeyd olunur ki, indiki məqamda AŞ PA Ukrayna nümayəndə heyətinin Assambleyada səs hüququndan məhrum edilməsi məsələsinə baxmaq istəmir. Sənəddə daha sonra bildirilir: "Buna baxmayaraq, əgər insan haqlarının pozulması, yaxud ölkədə etiraz aksiyalarının güc yolu ilə qarşısının alınması davam edərsə, AŞ PA belə sanksiyalara aprel sessiyasının ikinci hissəsində baxa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə