Azərbaycan prezidenti İlham Əliyev Honduras Respublikasının prezidenti Xuan Orlando Ernandes Alvaradonu prezident postunda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:
"Hörmətli cənab prezident, Honduras Respublikasının prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB