Çingiz Qənizadə: “Ermənilər dövləti olmayan bir xalqdır”

Çingiz Qənizadə: “Ermənilər dövləti olmayan bir xalqdır”

"Cənab Prezident İlham Əliyevin "İndiki Ermənistan Azərbaycanın tarixi əraziləridir" bəyanatı gənc nəsildə vətənpərvərlik hissinin aşılamasına xidmət edən bir bəyanatdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bizim torpaqlarımızda özünə dövlət quran bədxah qonşularımızın sonradan bu azmış kimi Dağlıq Qarabağ torpaqlarını da işğal etmələri hər birimizin yaddaşından silinməməlidir: "Tarixmizin insanların yaddaşına həkk edilməsi önəmli amillərdəndir. Ölkə başçısının Azərbaycan tarixinin gənclərə çatdırılması istiqamətində bu kimi bəyanatlar səsləndirməsi gənc nəsli tarixi araşdırmağa vadar edir. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı cənab Prezidentin xalqın milli maraqlarına söykənən siyasəti hər bir azərbaycanlının qəlbində fərəh hissi oyadır".

Millət vəkili onu da vurğulayıb ki, tarixi torpaqlarımızın Azərbaycana qaytarılması ilə bağlı səsləndirilən fikirlər bugünki reallığı əks etdirmir: "Amma hər zaman tarixi qabartmaqla, düşmənlərimizin üzünə həqiqəti vurmalıyıq ki, onlar bilsinlər, hansı ərazilərdə dövlət qurublar və hazırda hansı iddialarla yaşayırlar. Ermənilər dövləti olmayan bir xalqdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə