Bahar Muradova: “İşğalçı ölkə tərəfindən bu kimi provokasiyalar bundan sonra da davam etdiriləcək” AÇIQLAMA
"Cənab Prezident İlham Əliyev Brüssel səfərində də vurğuladı ki, əgər işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirsə, 2014-cü ildə çox ciddi irəliləyişlər əldə oluna bilər. Deməli, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin və yaxud da prezidentlər səviyyəsində təşkil olunan görüşdə bu fikrin formalaşmasına rəvac verən bir mühit yaranıb. Əlbəttə ki, bunu davam etdirmək lazımdır". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova Ermənistan tərəfinin təxribatçı hərəkətlərinə və onlar tərəfindən yayılan dezinformasiya xarakterli məlumatlara münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, Ermənistanın nə dərəcədə məqsədyönlü və ardıcıl fəaliyyət göstərməyi bu il məlum olacaq: "ATƏT PA-nın fevralın 13-14-də Vyanada keçiriləcək Qış sessiyasında da bu məsələ diqqət mərkəzində olacaq. Azərbaycan Müdafiə Nazirliyinin ötən günki hesabatında da məlum oldu ki, bir gecədə işğalçı ölkə tərəfindən 98 dəfə atəşkəs rejimi pozulub. Təbii ki, bütün bunların hər biri də qeydə alınır. Demək olar ki, bu hadisələr hər gün təkrar olunur. Hətta Ermənistan-Azərbaycan prezidentləri arasında görüşlər keçirilən zaman da atəşkəs rejimi işğalçı ölkə tərəfindən pozulurdu".
B. Muradova hesab edir ki, bu təxribatlar məqsədli şəkildə Ermənistan tərəfindən pozucu əməllərin bu gün tamamilə başqa kontekstdən dəyərləndirilməsi və məsuliyyətin Azərbaycanın üzərinə atılmasından başqa bir şey deyil. Təbii ki, haqlı olaraq Müdafiə Nazirliyi və digər xəbər agentlikləri də bu hadisələrin Ermənistan ordusunun daxilində gedən proseslərlərin nəticəsi ilə əlaqədar olduğunu bildirib. Əminəm ki, işğalçı ölkə tərəfindən bu kimi provokasiyalar bundan sonra da davam etdiriləcək. Hesab edirəm ki, Ermənistan tərəfi ya müsbət əhval-ruhiyyə yaradan danışıqları davam etdirməli, ya da təcavüzkar siyasətinə haqq qazandırmalıdır"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB