Fuad Qəhrəmanlı müsavatçıları yalan danışmaqda suçladı

Fuad Qəhrəmanlı müsavatçıları yalan danışmaqda suçladı
Müsavat yetkililərinin AXCP rəsmilərinin bəyanat və açıqlamalarına qarşı qoyulmuş moratoriumu qaldıracaqlarına dair irəli sürdükləri fikirləri qarşı tərəfin reaksiyası ilə davam edib. SİA-nın məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müsavatçıların heç vaxt moratorium qoymadıqlarını, bunu ictimai rəyi çaşdırmaq üçün etdiklərini iddia edib: "Müsavatın moratoriumu da ictimai rəyi çaşdırmaq üçün idi. İndiyə qədər Müsavat Partiyası tərəfindən də belə bir moratorium qoyulmayıb. Buyurun baxın Müsavat funksionerlərinə AXCP və Milli Şuranın digər üzvlərinə qarşı olmazın şər və böhtanlar səsləndiriblər".

AXCP rəsmisi Müsavatın hələ də onlara qarşı böhtan kampaniyası apardığını bildirib: "Müsavat tərəfi öz böhtanlarına davam etməkdədir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня