Bu barədə o, şəxsi Twitter hesabında yazıb
"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən çox narahatam". SİA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün şəxsi Twitter hesabında bildirib.
O qeyd edib ki, təmas xəttində zorakılıq və gərginlik hallarının artması münaqişənin danışıqlar yolu ilə nizamlanmasına mənfi təsir göstərir.
Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB