Fuad Qəhrəmanlı Arif Hacılını itiham etdi

Fuad Qəhrəmanlı Arif Hacılını itiham etdi
Cəbhəçi-müsavatçı qalmaqalı davam edir. SİA-nın məlumatına görə, bu dəfə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat funksionerlərinin onu bir sıra məsələlərdə ittiham etməsinə sərt münasibət bildirib: "Üstümə "Yalıncıq" göndərməsinlər. Təntimək buna deyirlər. Sorulan suallara cavab vermək əvəzinə qarşı tərəfin şəxsiyyətini hədəfə almaq, təhqir etməklə ortalıqda söyüş, təhqir toz-tufanı qoparıb insanları bezdirməyə, əsil həqiqətin harada olduğunu gizlətməyə çalışırlar. Ancaq təbliğat texnologiyasına az çox bələd olanlar bilir ki, cavab əvəzinə təhqir səsləndirmək ictimai rəydə uduzdurur, zəifliyi, haqsızlığı göstərir. İsa Qəmbərə "niyə susursan?" deyə bir sual verdik, cavab əvəzinə təhqir eşitdik".

2011-ci ilin aprel hadisələrində həbs olunduğunu xatırladan Fuad Qəhrəmanlı məhkəmə zamanı etdiyi çıxışına görə Müsavat başqanı İsa Qəmbərin onun əlini sıxdığını deyən AXCP sədrinin müavini Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının həmin vaxt tamamilə başqa mövqe nümayiş etdirdiyini bildirib: "O zaman mənim məhkəmə çıxışımı dinləyənlərdən biri olan İsa bəy çıxışımı "möhtəşəm" adlandıraraq buna görə əlimi də sıxmışdı. Ancaq götürün baxın, Müsavatın ikinci şəxsi Arif bəyin çıxışına və ifadələrinə. 2 aprel aksiyasının əleyhinə olduğunu, həmin yığıncaqda iştirak etmədiyini deyib. Mən nə etməliydim, gedib həbsxananın qapısını sındırıb zorlamı içəri girməli idim?".

Fuad Qəhrəmanlı Arif Hacılıya istehzalı münasibətini onun həbsxanada "Darıxıram" şeiri ilə sərgiləyib: "Mən 23 yaşında olanda il yarım həbsdə yatmışdım. Mənim fəaliyyətim həbsxanadan mübarizlik mesajları vermək əvəzinə, "Darıxıram" şeiri yazıb özünü nisgilli göstərənlərin, çıxdıqdan sonra müxalif düşərgəni intriqa ocağına çevirənlərin işindən, əməlindən həmişə fərqlənib".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня