Bu gün Xocavənd rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər Birliyinin təşkilatçılığı ilə "Xocavənd" qəsəbəsində yerləşən Xocavənd rayon Mədəniyyət evində rayon gənclərinin iştirakı ilə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan "20 Yanvar: Qanla yazılmış tarix" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada Xocavənd rayon Gənclər və İdman idarəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və bir sıra idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi yad olunub.
Dəyirmi masada müstəqilliyimiz uğrunda mübarizə tariximiz, ölkəmizin yaxın keçmişi ilə bağlı bir sıra məqamlar barədə gənclərə ətraflı məlumat verilib.
Tədbir müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB