Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxılması haqqında qərardad çıxarılıb

Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxılması haqqında qərardad çıxarılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən çıxarışların hüquqi vəziyyətinə dair bəzi məsələlərin şərh edilməsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 2014-cü il fevralın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə